Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU ilə “Okuklu İnşaat” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb



Newscenter.az.7.12.2020. Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Okuklu İnşaat” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi rektor Vilayət Vəliyev və şirkətin baş direktoru Yılmaz Okuklu imzalayıb.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, memoranduma əsasən, universitetin müxtəlif fakültələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrinin şirkətdə istehsalat təcrübəsinə cəlb edilməsi və daxili müsabiqə əsasında işə qəbulu həyata keçiriləcək.

Əməkdaşlıq çərçivəsində birgə elmi-tədqiqat laboratoriyalarının və konstruksiya bürolarının yaradılması, tələbələrin startap layihələrinin reallaşdırılması üçün maliyyə vəsaitlərinin və investisiyaların cəlb edilməsi də nəzərdə tutulub.

R.Mehdiyeva
Xəbəri paylaş