[center]
Newscenter.az.7.12.2020. Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 100 mülki şəxs qətlə yetirilib, 416 nəfər isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 548, çoxmənzilli yaşayış binalarının sayı 135, yaşayış evlərinin sayı isə 4 186-dir.
Ermənistanın mülki əhaliyə qarşı hücumları nəticəsində 100 nəfər həlak olub
Tarix: 7-12-2020, 16:44