Newscenter.az.7.12.2020. İranın qadın və ailə məsələləri üzrə keçmiş vitse-prezidenti Şahindoxt Molaverdi 30 ay müddətinə azadlıqdan məhrum edilib.
“Report” xəbər verir ki, məlumatı xarici KİV-i yayıb.
O, məxfi məlumatları xaricilərə ötürməklə milli təhlükəsizliyə ziyan vurmaqda ittiham olunub.
Sabiq vitse-prezidentin çıxarılan hökmdən kasasiya şikayəti etmək üçün 20 gün möhləti var.
Qeyd edək ki, Ş.Molaverdi 2013-2017-ci qadın və ailə məsələləri üzrə vitse-prezident vəzifəsini tutub.
Bu il ərzində isə İran prezidenti Həsən Ruhaninin vətəndaş hüquqları məsələsi üzrə müşaviri olub. Ş.Molaverdi həm də İranda qadın hüquqlarının genişlənməsi, o cümlədən zərif cinsin nümyəndələrinin idman yarışlarına buraxılması istiqamətində çıxışlar edib.
O, əsasən, BMT-nin Əhali Fondu ilə əməkdaşlıq etməkdə təqsirli bilinib. Bildirilib ki, keçmiş vitse-prezident özünün sosial şəbəkədəki səhifəsində BMT-nin cinsi azlıqları müdafiə edən postlarını dəstəkləyib. Bu təbəqənin nümayəndələrini İranda edam edirlər.