Newscenter.az.7.12.2020. “Qlobal MüdafiəTexnologiyaları Hakatonu” beynəlxalq tədbirinin rəsmi bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Newscenter.az-a ASAN Xidmətdən bildirilib ki, mərasim COVID 19 pandemiyası şəraitinə uyğun onlayn formada təşkil olunub. Tədbirdə qalib komandalar elan olunub.
Hakatonda 48 saat ərzində komandalar qeyd olunan problemlər üzrə hazırladıqları texniki avadanlıq, mobil tətbiq, eləcə də “hardware” və “software” proqram tətbiqləri üzərində çalışıblar. Təyin olunan yerli və xarici mentorlar göstərilən müddət ərzində prototiplərin hazırlanıb-sonlandırılması üçün komandalara dəstək göstəriblər.
Hakatonda rəqəmsal təbliğat problemi üzrə Moldovadan “FakeReveal” komandası 1-ci yerə, müvafiq problem üzrə Azərbaycandan “AzOP Fables” komandası 2-ci yerə, müdafiə texnologiyaları problemi üzrə isə Azərbaycandan “VRSoldiers” komandası 3-cü yerə layiq görülüb.
Xatırladaq ki, 30 noyabr tarixinə qədər elan edilmiş qeydiyyatdan 20 ölkə üzrə 25 xarici, 48 yerli olmaqla 73 komanda keçib. Eyni zamanda, mentor kimi iştirak etmək istəyən 50-dən çox yerli və xarici vətəndaş hakatona qatılmaq istəyini bildirib.
Hakatonda 30-dan çox xarici və yerli mentorun dəstəyi ilə 55 üzvü olmaqla 19 xarici və 98 üzvü olmaqla 31 yerli komanda yarışıb.
Sevinc