Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşaya alternativ mənbədən içməli su veriləcək



Newscenter.az.7.12.2020. Şuşa şəhərinə 2-ci (alternativ) mənbədən içməli su kəməri çəkilir.

Bunu "Report"a açıqlamasında "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

"Yeni mənbə Zarıslı kəndinin yaxınlığında yerləşir, bu həftə oradan içməli su Şuşaya çatacaq", - deyə o, qeyd edib.

Xatırladaq ki, səhmdar cəmiyyəti Şuşaya içməli suyun verilməsinə noyabrın 25-də başlayıb.
Xəbəri paylaş