Newscenter.az.8.12.2020. “Azərbaycan ordusunun Ermənistan ordusu üzərində parlaq qələbəsi düşmənləri ciddi narahat edir. İçimizdəki, Rusiyanin 5-ci kolonu demək olar ki, Ermənistan və Rusiya ilə koordinasiyalı fəaliyyət göstərib ordumuza qarşı qara piara başlayıblar”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının sədr müavini, politooloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, həmçinin şübhəli qrant yeyənlər də bu kampaniyada yer alıblar:
“Xüsusilə, Xüsusi Təyinatlı Qqüvvələrə (XTQ) qarşı bu iyrənc kampaniya davam edir. Məqsəd ordumuzu zəiflətmək, XTQ-nin ləğv edilməsinə nail olmaqdır. Çəkilən videolar montajdı və ermənilər tərəfindən hazırlanıb”.
Məhəmməd Əsədullazadə bildirib ki, XTQ Şuşanı əlbəyaxa döyüşdə alması Rusiya və Ermənistan ciddi narahat edib:
“İçimizdəki satqınlarla birlikdə var qüvvələri ilə çalışırlar ki, XTQ ləğv etsinlər. Azərbaycan rəsmi orqanları ordumuza qarşı bu çirkin kampaniyanın qarşısını almalıdır. Bu saxta videolarla bağlı ordunun şəxsi heyətinin üstünə getmək yolverilməzdir. Belə saxta videolara görə ordumuzun üstünə gedilməsinə imkan verilməsin. Ermənistan ordusu daha da iyrənc və vəhşiliyə əl atıb. Bunları ordumuzun üzərinə atmaqla hədəfdən yayınırlar. Onlar Rusiya kəşfiyyatının bu məsələdə onlara kömək edəcəyindən arxayındırlar”.
Mehman