Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda avtobusların hərəkətində gecikmələr var



Newscenter.az.8.12.2020.
Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidməti Mais Ağayev məlumat yayıb.

Onun sözlərinə görə, sıxlıq səbəbindən bütün istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb: "Təkcə elə Heydər Əliyev prospekti şəhər istiqamətində (kənar yolda) onlarla avtobus sıxlıqda qalıb".
Xəbəri paylaş