Newscenter.az.8.12.2020. “Biz dünyada vaksinlə, peyvəndlə bağlı prosesləri izləyirik və danışıqlar aparırıq”.
Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
“Ənənəvi peyvəndlərin hazırlanmasına kifayət qədər vaxt lazımdır və onların böyük həcmdə qısa müddətdə hazırlanması hələ ki, mümkünsüzdür. Ümid edirik ki, ən təhlükəsiz vaksinlərdən alıb Azərbaycanda peyvəndləşməyə başlayacağıq”, - o bildirib.