Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“YAŞAT” Fonduna müraciətlərin qəbulu və ehtiyacların prioritetləşdirilməsi qaydası açıqlanıb



Newscenter.az.8.12.2020. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərmana əsasən Fonda müraciətlərin qəbulu və ehtiyacların prioritetləşdirilməsi qaydası müəyyənləşib.

Fond tərəfindən şəxsə əlavə dəstək onun müraciəti əsasında göstərilir.

Şəxsin müraciəti elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir. Müraciətlərin elektron qaydada formalaşdırılması ilə bağlı könüllülər müraciət edən şəxsə yardım göstərirlər.

Fonda edilən müraciətlər, ehtiyacların prioritetliyi nəzərə alınmaqla, Dövlət Agentliyinin bu məqsədlə yaratdığı informasiya sistemində növbəlilik prinsipi ilə sıralanır. Ehtiyacların prioritetliyi müvafiq dövlət orqanlarından (qurumlarından) və müraciət edən şəxsdən əldə edilmiş məlumatlar nəzərə alınmaqla, aşağıdakı meyarlar əsasında Dövlət Agentliyinin müəyyən etdiyi əmsallara uyğun olaraq qiymətləndirilir:

1. bu Qaydanın 2.5-ci bəndinə müvafiq ehtiyac istiqaməti;

2. müraciətin ilkin və ya təkrar olması;

3. müraciət edən şəxsin maddi vəziyyəti, orta aylıq gəliri;

4. himayəsində azyaşlı uşağın olması;

5. ailədə əmək qabiliyyətli şəxslərin sayı;

6. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar dövlət təltiflərinin olması;

7. dövlət tərəfindən digər dəstək tədbirlərinin göstərilməsi.
Xəbəri paylaş