Newscenter.az.8.12.2020. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşları təltif edilib.
TƏBİB-dən bildirilib ki, birliyin İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev və TƏBİB-in Tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva döyüş əməliyyatları zamanı Müdafiə Nazirliyinin tibbi hərbi hissə və müəssisələrinin işinin fasiləsiz təmin olunmasına, yaralılara tibbi yardımın təşkilinə, zəruri avadanlıq, dərman vasitələri və digər ləvazimatlarla layiqli təminatına töhfə verdiklərinə görə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən Fəxri Fərmanla təltif olunublar.