Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub



Newscenter.az.9.12.2020. Albaniyanın keçmiş xarici işlər naziri Ditmir Buşati ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xüsusi nümayəndənin mandatına Cənubi Qafqaz bölgəsində ümumi siyasi vəziyyətin monitorinqi, həlli uzanan münaiqşələrlə əlaqədar barışığı təşviq etmək üçün bütün təbəqlər arasında, xüsusən də parlamentlər səviyyəsində dialoqun inkişafına töhfə vermək daxildir.

D.Buşati həmçinin ATƏT rəhbərliyi və icraçı qurumları, Minsk qrupu və onun həmsədrləri ilə sıx iş aparacaq.
Xəbəri paylaş