Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DTX əməkdaşları “YAŞAT” Fonduna pul vəsaiti köçürüb



Newscenter.az.9.12.2020. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti köçürüblər.

Newscenter.az bu barədə DTX-nin saytına istinadən xəbər verir.

Qeyd edək ki, "YAŞAT" Fondu Azərbaycan Respublikası Prezidentinin 08 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılıb.
Xəbəri paylaş