Newscenter.az.9.12.2020. Ermənistanın hakimiyyət nümayəndələri özlərini alçaltmaqdan – hər məsələyə görə Moskvaya yalvarmaqdan yorulmadılar. Baş nazir Nikol Paşinyan müharibə günlərində Rusiya prezidenti Vladimir Putini telefon zəngləri ilə bezdirmişdi, indi də Ermənistan prezidenti Armen Sarkisyan növbəyə dayanıb. Sarkistan bu gün Putinə məktub göndərib.
Məktubun mahiyyəti budur ki, Sarkisyan Putinin Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşməsində yardım etməsini istəyir. Sarskiyan məktubunda müharibənin dayandırılmasına görə Putinə bir daha minnətdar olduğunu yazaraq sərhəd məsələsini də toxunub: “Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşməsində təhlükə yaradacaq mübahisələr yaranıb. Yeni gərginlik ocağının yaranmaması məqsədilə Sizin köməyinizə ehtiyacımız var”.
Bir dəfə güzəştə gedib Rusiya sülhməramlılarının bölgədə yerləşməsinə razılıq verdik, sərhəd məsələsinə üçüncü dövlətin qarışmasına imkan verməməliyik. Ermənilər işğal altındakı əraziləri itirdilər, indi də sərhəddən nəsə qoparmağa çalışırlar. Buna imkan verə bilmərik.
Elxan Şahinoğlu-politoloq