Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jurnalistlər üçün “Innoweek – İnnovasiya həftəsi 2020”-yə həsr olunmuş müsabiqə elan olundu



Newscenter.az.9.12.2020. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azercell Telekom” MMC-nin dəstəyi ilə jurnalistlər arasında “Innoweek – İnnovasiya həftəsi 2020”-yə həsr olunmuş müsabiqə elan edir.

Newscenter.az-a nazirlikdən bildirilib ki, müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:

“Innoweek – İnnovasiya həftəsi 2020” haqqında
Ən yaxşı veriliş
Ən yaxşı TV süjet
Ən yaxşı məqalə

Müsabiqədə iştirak edən müəlliflərin hazırladıqları məqalə və videomateriallar 25 dekabr tarixinədək yayımlanmalıdır. Materialların linkləri [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Materiallarla birlikdə müsabiqədə iştirak edən müəllif barədə anket məlumatları (adı, soyadı, iş yeri və vəzifəsi, əlaqə telefonu və elektron poçt ünvanı) təqdim olunmalıdır.

Bir müəllif yalnız bir nominasiyada iştirak edə bilər.

Nominasiyalar üzrə qəbul olunmuş materiallar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyən ediləcək. Onların adları 29 dekabr tarixində açıqlanacaq.

Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Sevinc
Xəbəri paylaş