Newscenter.az.9.12.2020. Fransa parlamentinin Dağlıq Qarabağla bağlı qərarı hüquqi baxımdan təsirsizdir. Fransa bununla tərəfsiz olduğunu itirdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik AKP-nin İdarə Heyətinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
Azərbaycanın işğal altındakı torpaqlarını geri aldığını və Fransanın fəaliyyətinin hüquq çərçivəsində olmasının vacibliyini ifadə edən AKP sözçüsü söyləyib: “Fransadan bu günə qədər Ermənistanın işğal altındakı bölgələrdən çəkilməsinə dair açıqlama eşitmədik”.
Fransa prezidentinin bəzi dövlətləri Türkiyəyə qarşı qaldırmağa çalışdığını diqqətə çatdıran Ədalət və İnkişaf Partiyasının rəsmisi deyib ki, belə radikal yanaşma tarixi ənənələri olan dövlətə yaraşan deyil.