Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ÜST Azərbaycanda münaqişədən zərər çəkmiş bölgələrdə ehtiyacları öyrənir



Newscenter.az.9.12.2020.
ÜST-nin Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyası son hərbi əməliyyatların mülki əhali üzərindəki təsirlərini öyrənmək üçün Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində öz işinə başlayıb.

Missiya çərçivəsində nümayəndə heyəti yerli icra hakimiyyəti orqanlarını və səhiyyə müəssisələrini ziyarət edəcək, tibb işçiləri və digər şəxslərlə ÜST-nin lazımi dəstək göstərə biləcəyi sahələri müəyyənləşdirmək üçün müzakirələr aparacaq.

Beşgünlük səfər çərçivəsində missiya üzvləri Bərdə, Tərtər, Ağdam və Gəncəni ziyarət edəcək, münaqişədən birbaşa zərər çəkmiş insanlara gigiyena dəstləri və tibbi maskalar paylayacaq.

Missiya ÜST-nin 7 nəfərlik yerli və xarici ekspertindən, Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələrindən ibarətdir.
Xəbəri paylaş