Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Aqrar İnkişaf Könüllüləri" Zəfər paradını izləyən vətəndaşlara Azərbaycan bayraqları paylayıb



Newscenter.az.10.12.2020. Bu gün Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Minlərlə vətəndaşımız Zəfər paradını izləmək üçün paytaxtın mərkəzi küçələrinə çıxıb. "Aqrar İnkişaf Könüllüləri" Zəfər paradı ilə əlaqədar maraqlı aksiya keçiriblər. Aksiya çərçivəsində "Aqrar İnkişaf Könüllüləri" tərəfindən Zəfər paradını izləyən vətəndaşlara Azərbaycan bayraqları paylanılıb.

Newscenter.az-a daxil olan məlumata görə, vətəndaşlarımız belə bir əziz gündə onlara üçrəngli bayrağımızın təqdim edilməsini yüksək dəyərləndirərək könüllülərə minnətdarlıqlarını bildiriblər.

Eyni zamanda, Aqrar İnkişaf Könüllüləri paradı seyr edən vətəndaşlara karantin qaydalarına uyğun sosial məsafəni qorumaqla bağlı çağırış edib. Könüllülər koronavirusla mübarizə çərçivəsində vətəndaşlarımıza virusdan qorunmaq üçün bir sıra tibbi vasitələr - tibbi maskalar, spirtlər, tibbi əlcəklər verib.
Aqrar İnkişaf Könüllüləri bildiriblər ki, Vətən Müharibəsində xalqımız birlik nümayiş etdirərək qələbə əldə etdiyi kimi birgə mübarizə aparmaqla koronavirusa qalib gəlmək olar.

Orxan
Xəbəri paylaş