Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU Vətən müharibəsində iştirak edən tələbə və məzunları üçün Kompleks Qayğı Proqramı hazırlayır



Newscenter.az.10.12.2020. Dekabrın 10-da Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, rektor Vilayət Vəliyev bu gün Azadlıq meydanında keçirilən Zəfər paradı münasibətilə təbriklərini çatdırıb. Rektor Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında verdikləri vacib mesajları xüsusi qeyd edib. Bildirib ki, Vətən müharibəsində Müzəffər Azərbaycan ordusu gücünü dünyaya bir daha sübut etdi. Qeyd olunub ki, Vətən müharibəsində AzTU-nun 200-dən çox tələbə və məzunu iştirak edib. Onların bəzilərinin akademik borcları qaldığından diplom ala bilməyiblər. Universitet bu problemin həlli ilə bağlı yaxın günlərdə qərar verəcək. Vətən müharibəsində iştirak etmiş tələbə, əməkdaş və müəllimlərə xüsusi qayğının göstərilməsi və onların adının əbədiləşdirilməsi istiqamətində işlər həyata keçiriləcək. Bunun üçün AzTU-da Kompleks Qayğı Proqramı hazırlanır. Bu işləri həyata keçirmək üçün universitetdə xüsusi komissiya da yaradılıb.

İclasda 2020/2021 tədris ilinin payız imtahan sessiyasının təşkili və keçirilməsi qaydaları da təsdiqlənib.

Bundan başqa, AzTU-nun strukturunda mövcud olan Təchizat şöbəsi ləğv edilib və onun vəzifə funksiyaları İqtisadiyyat və təminat şöbəsinə həvalə edilib. Həmçinin Təsərrüfat hissəsi və Qaraj xidmət sahəsi ləğv edilərək onların vəzifə funksiyaları İnfrastruktur və təsərrüfat şöbəsinə verilib.

R.Mehdiyeva
Xəbəri paylaş