Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Azərbaycan bütün dünyaya öz Zəfərini, öz Qələbəsini nümayiş etdirəcək



Newscenter.az.10.12.2020. "Bu gün öz haqq mübarizəsindən qalib çıxan Azərbaycan bütün dünyaya öz Zəfərini, öz Qələbəsini nümayiş etdirəcək. Azərbaycan xalqı ilk növbədə tarixi ədalətin bərpa edilməsini bayram edəcək".

Newscenter.az. xəbır verir ki, bu fikirləri Milli Məclisin deıputatı Anar Məmmədov səsləndirib. O, qeyd edib ki, Zəfər Paradında müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək:

"Paradda, həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunacaq. Azadlıq meydanında torpaqlarımızı azad edən əsgərlər sıra addımı ilə qələbəni qeyd edəcəklər. Paradı izləyən hər kəs qürur və sevinc göz yaşı axıdacaq. Birinci Qarabağ savaşında, Vətən müharibəsində canlarından keçən şəhidlərin ruhları şad olacaq! Eşq olsun Müzəffər Ali Baş Komandana!.
Eşq olsun Azərbaycan Ordusuna!. Yaşasın Azərbaycan!".

Mehman
Xəbəri paylaş