Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha 16 obyektdə karantin qaydalarının pozulduğu müəyyən edilib



Newscenter.az.10.12.2020. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 410 ictimai iaşə obyektində 807 monitorinq keçirib.

AQTA-dan Newscenter.az-a verilən məlumata görə, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 16-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə obyektləri aşağıdakılardır.

Bakı şəhəri üzrə:

Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr. ev 21 ünvanında yerləşən, Hüquqi şəxs “Black Star Burger Baku” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kafe, Təbriz küçəsində yerləşən, Hüquqi şəxs "Saray-Baku" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus çay evi, M.Cəlal 1134 ünvanında yerləşən, fiziki şəxs Məmmədov İlqar Budaq oğluna məxsus “Qala” restoranı, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsində yerləşən, fiziki şəxs Zeynalov Əliağa Sabir oğluna məxsus kafe, Bakıxanov qəs., Fətəliyev küçəsində yerləşən, fiziki şəxs Əliyev Yusif Cəbrayıl oğluna məxsus kafe, Q.Qarayev pr. ev 67a ünvanında yerləşən, fiziki şəxs Cəfərov Şəhriyar Arif oğluna məxsus “Picnic” restoranı.

Digər şəhər və rayonlar üzrə:

Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən, fiziki şəxs Məmmədov Qalib Babakişi oğluna məxsus kafe, 13-cü mkr, Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Mirzəyeva Təranə Cəlil qızına məxsus "İlkin” kafesi, 13-cü mkr, Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Mustafayeva Sevda Niyazəli qızına məxsus çay evi, 30-cu məhəllədə yerləşən, fiziki şəxs İsayev Elşən Nəbiyulla oğluna məxsus "White rooms" kafesi, 3-cü məhəllə, 6/21 ünvanında yerləşən, fiziki şəxs Əliyev Emin Nizami oğluna məxsus "London" kafesi, 17-ci məhəllədə yerləşən, fiziki şəxs Cəfərov Səbuhi Fəxrəddin oğluna məxsus "Metro" kafesi.

Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Əbdulkərim Hüseynağa oğluna məxsus “Vulkan” kafesi, Xırdalan şəhəri, 27-ci məhəllə, Qalubiyyə küçəsində yerləşən, fiziki şəxs İsmayılov Emil Əli oğluna məxsus "Marafon" çay evi, Buzovna ştq-da yerləşən, fiziki şəxs Mövsüm-Zadə Vasif Mövsüm-Ziya oğluna məxsus kafe.

Ağstafa rayonu, Poylu kəndində yerləşən, fiziki şəxs Vəliyev Zirəddin Mahal oğluna məxsus çay evi.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.
Xəbəri paylaş