Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan: Zəfərin nəticəsində coşqu ancaq bu cür, bu şəkildə ola bilərdi



Newscenter.az.10.12.2020. "Hörmətli Qardaşıma, cənab Prezidentə xüsusilə Zəfər Günündə verdiyi bu mesaja görə şəxsən öz adımdan və millətim adından çox təşəkkür edirəm. Mən bu Qələbənin başda bu işin liderliyini edən Qardaşıma, onun timsalında bütün azərbaycanlı türk qardaşlarıma mübarək olmasını şəxsim, nümayəndə heyətim və millətim adından diləyirəm və bir daha təbrik edirəm".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə dekabrın 10-da sənədlərin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanatla çıxış edərkən bildirib.

Türkiyə Prezidenti deyib:

"Həqiqətən 44 günlük bir müharibədən sonra ortaya çıxan nəticə Azərbaycandakı qardaşlarımı necə sevindirdisə, eyni dərəcədə Türkiyədəki qardaşlarını da sevindirmişdir. Bu, istər şəxsimizdə, istər bütün millətimizin şəxsində yaşanan bir sevincdir. İstər hökumətimiz olaraq, istərsə də parlamentin böyük bir qismi olaraq bu sevinci bərabər yaşadıq. Bu sevincə xüsusilə də yazılı, görüntülü medianın da böyük bir qismi eyni dərəcədə qatıldı və bu Zəfəri birlikdə daim qeyd etdilər, mesajlarını da bu istiqamətdə çatdırdılar.

Bu gün bu tədbirlərə Qardaşımın dəvəti ilə gəldik və prospektdəki o sevinci gördüyümüz zaman anladıq ki, belə bir Zəfərin nəticəsində coşqu ancaq bu cür, bu şəkildə ola bilərdi, bunu gördük. Təbii ki, belə bir Zəfərə görə təbrik etmək, “Mübarək olsun!” demək vəzifəmizdir. Rəbbim bundan sonrakı prosesi, inşallah, uğurla davam etdirməyi də nəsib etsin".
Xəbəri paylaş