Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Vizual dizayner” gənc annimasiya mütəxəssisləri arasında müsabiqə keçirilir



Newscenter.az.10.12.2020. Gənclər və İdman Nazirliyi vizual annimatorlar arasında “Vizual dizayner” müsabiqəsini elan edir.

Newscenter.az-a nazirlikdən bildirilib ki, müsabiqədə iştirak etmək cox sadədir. Vizual annimatiorlar vətənpərvərlik və “COVİD-19” pandemiyası ilə mübarizə mövzularında animasiyalar hazırlayıb Gənclər və İdman Nazirliyinə elektron poçtla təqdim edirlər. Müsabiqə dekabrın 10-dan yanvarın 15-dək davam edəcək. Annimasiyalar 1 dəq. cox olmamalıdır. Annimasiyalar yalnız Azərbaycan dilində olmalıdır. Bir şəxs hər mövzu üzrə yalınız 1 annimasiya təqdim edə bilər. Təqdim edilən annimasiyalar daha öncə heç bir yerdə yayımlanmamalıdır.

İlkin selleksiya aparıldıqdan sonra təqdim edilmiş annimasiyalar nazirliyin sosial şəbəkədəki səhifəsində paylaşılır. Daha cox bəyənmə və baxış toplayan annimasiyalar münsiflər heyətinə təqdim edilir. Münsiflər heyəti müstəqil ekspert və mütəxəssislərdən formalaşdırılır. Yekunda 3 qalib müəyyən edilir.
Qaliblərə aşağıdakı mükafatlar təqdim edilir.

1-ci yer – 1.500 AZN
2-ci yer – 1.000 AZN
3-cü yer – 500 AZN

Mükafatlar hər 2 mövzu üzrə ayrı-ayrılıqda təqdim edilir. Yer tutmayan lakin, maraqlı olan annimasilayarın müəlliflərinə həvəsələndirici mükafatlar təqdim edilə bilər.

Sevinc
Xəbəri paylaş