Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"YAŞAT" Fondunun yaradılması cəmiyyətrimizə vacib mesaj verir



Newscenter.az.10.12.2020. Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur. Xüsusən sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı Dövlət proqramları, böyük layihələr həyata keçirilmişdir. Ölkə baçşısının rəhbərliyi ilə uğurlu sosial siyasətin həyata keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Cənab Prezident hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq. Dövlətin sosial siyasətində şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının həyat şəraitinin yaxşılaşdırılması isə prioritet məsələdir.

Şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına dövlət qayğısının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin layiqli davamçısı, dövlət başçısı İlham Əliyev də müharibə əlillərinin, şəhid ailələrinin problemlərinə hər zaman həssaslıqla yanaşıb. O, Prezident seçildikdən sonra imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı olub. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan bütün lazımi tədbirlər mərhələlərlə həyata keçirilib və keçirilməkdədir.

Ölkə başçısının tapşırığı ilə bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalaması xüsusi önəm daşıyır. Bu Fondun yaradılması həm Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, həm də şəhid ailələrinin təminatına hərtərəfli dəstək verilməsi baxımından vacibdir. Fondun yaradılması eyni zamanda cəmiyyətimizə də vacib bir mesaj verir. Belə ki, şəhid ailələrinə, qazilərə göstərilən qayğını, diqqəti hiss edəndə vətəndaşlarımızın Vətənə, xalqa bağlılığı daha da yüksələcək, insanlarımızda vətənpərvərlik duyğuları daha da artacaq. Təbii ki, Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cənab Prezidentin göstərişinə əsasən müəyyən məsələlər, o cümlədən şəhid ailələrinə vəsaitin verilməsi, evlərin tikilməsi, qazilərimizə müəyyən vəsaitin ödənilməsi öz həllini tapır. Lakin bütün şəhid ailələrinin diqqət mərkəzində saxlanılması baxımından belə bir Fond yaradılıb. Fonda vəsaitlər könüllülük əsasında köçürüləcək və bu vəsaitdən müvafiq şəkildə istifadə olunacaq. Bu, ASAN Xidmətin rəhbərliyi altında həyata keçiriləcək. Fərmana görə, Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur, protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar. O cümlədən sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunur, aktiv məşğulluq proqramlarında - özünüməşğulluq, ödənişli ictimai işlər və s.-də onlara üstünlük verilir. Həmçinin, şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzil və avtomobillərin verilməsi, sosial durumlarının yaxşılaşdırılması istiqamətində müntəzəm fəaliyyət həyata keçirilib. Təkcə bir gündə isə “YAŞAT” Fonduna 1,5 milyon manat vəsaitin ianə edilməsi qalib Azərbaycan xalqının dəmir yumruq kimi birləşməsinin bariz nümunəsidir. Uca Tanrı xalqımızı qorusun, şəhidlərimizin ruhu şad olsun!

Anar Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş