Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionda yeni əməkdaşlıq formatı yaradılır



Newscenter.az. 11.12.2020. "Türkiyə Azərbaycan arasında pasport rejiminin ləğvi iki qardaş ölkə arasında münasibətlərin daha da dinamik inkişafının nəticəsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, iki ölkənin regionda yeni siyasi platforma qurması, regionda digər xalqların da bu platformaya inteqasiyası və yeni bir əməkdaşlıq formatının qurulmasına gətirib çıxara bilər:

“Ankara-Bakı platfotması, Cənubi Qafqazın yeni bir siyasi kombinasiyasını quracaq. Bu platformada Gürcüstanın da yer alması və gələcək perspektivdə regional ölkələrin bu kombinasiyada yer alması mümkün ola bilər. Altı ölkənin bu platformada yer alması, əsasən Türkiyənin burada aparıcı bir ölkə olaraq mövqeyinin güclənməsinə gətirib çıxara bilər. Bundan əlavə, bu siyasi -iqtisadi platforma Rusiyanın da regionda hərbi iştirakını zəiflədəcək. Çünki, Rusiya öz sülhmərmalı qüvvələri ilə Azərbaycanın Dağlıq Qarabağ hissəsindədir. Ona görə də bu ərazilərdə Azərbaycanın suverenliyinin təmini Rusiya ilə birgə işdən keçəcək”.

Məhəmməd Əsədullazadə deyib ki, Ankara- Bakı müttəfiqliyi Moskva ilə mümkün əməkdaşlıq çərçivəsində bu mərhələni uğurla həll edə bilər:

“Moskva burada erməniləri ciddi müdafiə edib, regionda öz məqsədləri üçün istifadə edərsə, regionda Rusiyanın mövqeyi zəifləyə bilər. Kiçik bir ərazidə ermənilərin yardımdan asılı olması və yaşayışlarının çətinliyi onların bir müddət sonra bu əraziləri tərk etməsinə gətirib çıxara bilər. Çünki, Rusiya da uzun illər burada ermənilərə yardım edə bilməyəcək. Kiçik bir ərazidə ermənilər Azərbaycanın suverenliyini qəbul edib yaşamaq məcburiyyətindədirlər. Ermənilər istədi, istəmədi yeni siyasi kombinasiya Xankəndini də əhatə edəcək”.

Politoloq deyib ki, Ermənistan rəhbərliyi hazırda Türkiyə və Azərbaycanla iqtisadi və siyasi əlaqələrin bərpasında maraqlıdır:

“Belə olan təqdirdə Azərbaycan ərazilərində "Artsax Respublikası" yaxud burada" status" məsələsinin gündəmə gətirilməsi olmayacaq. Əgər, kiçik bir ərazidə ermənilərdən siyasi-hərbi məqsədlər üçün istifadə edilərsə, bu Rusiyanın regiondan getməsi ilə nəticələnə bilər. Regionun siyasi nizamı dəyişdikcə, proseslər Azərbaycanın lehinə dəyişir və nəticədə Xankəndində Azərbaycanın suverenliyi bərpa ediləcək”.

Mehman
Xəbəri paylaş