Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Valideynlərə rəqəmsal biliklərini artırmağa necə kömək etməli?



Newscenter.az.11.12.2020. Kaspersky yaşlı nəslin kiber təhlükəsizlik probleminə diqqət çəkməyə və ailəmizin, dostlarımızın şəbəkədə hansı təhdidlərlə qarşılaşa biləcəyi və onlardan qorunmaq yolları barədə danışmağa qərar verib. Kaspersky SafeBook fikri belə yaranıb - məşhur internet sənətçisi Duran ilə birlikdə yaradılan qısa bir onlayn bələdçidə mütəxəssislər ciddi şeyləri sadə və anlaşılan hekayələr timsalında yumorla izah edirlər.

Çox vaxt yaşlı insanlar kiber savadlılıq məsələlərində çətinliklərlə qarşılaşa bilərlər: bir qayda olaraq, mövcud təhdidlər haqqında daha az şey bilirlər, sosial şəbəkələrdə məxfiliyin necə qurulacağı haqda daha az məlumatlıdırlar, internetdə daha sadəlövhdürlər və bu səbəbdən də təhdidlərə qarşı daha kövrəkdirlər.

Kaspersky SafeBook bir veb sənətçisinin tanınan üslubunda əks etdirilən on sketçdən ibarətdir. Təlimat istifadəçilərin rəqəmsal səriştəsini artırmağı hədəfləyir. Məsələn, bir kinoteatr veb saytının timsalında fişinqin necə görünə biləcəyini, ev heyvanlarının adlarını niyə şifrə kimi istifadə edə bilməməyinizi, "deep fake"-in (dərin saxtakarlıq) nə olduğunu, internetdəki son dərəcə səxavətli təkliflərə niyə şübhə ilə yanaşmalı olduğunuzu və daha çoxunu izah edir.

“Biz başa düşürük ki, valideynlərlə internetdə necə davranmalı olduğunuz barədə danışmaq daha çox stresə çevrilə bilər. Bu səbəbdən də bəzi qayğıları öz üzərimizə götürməyə çalışdıq və ən çox görülən təhdidləri və onlardan qorunmağın yollarını təsvir etdik. Bunları ekranda canlandırmaq üçün yumoruna və üslubuna yüksək qiymət verdiyimiz sənətçi Durana üz tutduq. Bütün bunlar sketçlərə baxan hər kəsin gülümsəməsi və düşünməsi üçündür. Ümid edirik ki, kitabımız sizə lazımsız stresdən uzaq durmağa və sevdiklərinizlə yalnız xoş mövzularda ünsiyyət qurmağa kömək edəcək bir bələdçiyə çevriləcəkdir” deyə Kaspersky-nin Rusiya üzrə marketinq rəhbəri Oleq Qudilin bildirib.
Xəbəri paylaş