Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəfər Paradı böyük tarixi an, habelə, hərbi-siyasi hadisədir



Newscewnter.az.11.12.2020. “Zəfər Paradı böyük tarixi an, habelə, hərbi-siyasi hadisədir. İlk olaraq ona görə ki, son bir əsrdə azı 4 dəfə ardıcıl məzlum duruma düşən, əraziləri işğal edilən, xalqı genosidə məruz qalan Azərbaycan dövləti, Zəfər paradı ilə düşməninin "belini qırmaqla" tarixi revanşı reallaşdırdığını, qisasını aldığını bəyan etmiş oldu. İkincisi, 44 günlük müharibədə sınaqdan keçirilmiş yeni nəsil müharibə vasitələrini və hərbçilərinin əzmini nümayiş etdirməklə Azərbaycan bölgənin yeni hərbi güc mərkəzi olduğunu bəyan etdi”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. O, deyib ki, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyətinə sadiqliyimizi qorumaqla, rəsmi Bakı bölgədə "dost" və "qardaş" amilləri arasında sərhəddi ali səviyyədə bəyan etdi:

“Daha dəqiq desək, paradda üçrənglimizlə yanaşı ay ulduzlu al Türkiyə bayrağının dalğalanması ilə biz kimin bizə qardaş, kimlərin isə dost olduğunu göstərdik”.

Deputat qeyd edib ki, Azərbaycan bölgədə Türk etnosu başda olmaqla, Azərbaycan xalqını hədəfləyən erməni faşizm ideyaları üzərində həlledici qələbəsini nümayiş etdirməklə yeni, bölgə üçün daha təhlükəsiz bir mərhələnin başlandığını bəyan etdi:

“Zəfər Paradı böyük qayıdışın, yeni - abadlıq quruculuq, bərpa prosesinin başlanmasının xəbərçisi oldu. Ən nəhayət, rəsmi Bakı bölgədə yeni əməkdaşlıq platforması, yeni nəqliyyat dəhlizləri, yeni ticari imkanlara yaşıl işıq yandırmaqla, bu istiqamətdə həlledici söz sahibinin Azərbaycan olduğunu elan etdi”.

Mehman
Xəbəri paylaş