Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

1 milyon 588 min nəfər koronavirusdan vəfat edib



Newscenter.az.13.12.2020. Dünyada COVID-19-a yoluxanların sayı 69,8 milyon nəfəri ötüb

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 69 808 588 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 1 588 854 insan ölüb.

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 656 181 nəfər təşkil edib. Son sutkada mülaicə alan daha 11 868 pasiyent təhlükəli infeksiyadan ölüb.

Son 24 saat ərzində infeksiyaya yoluxanların 46 faizindan çoxu Şimali və Cənubi Amerikada (303 063), ardından Avropa (265 334), daha sonra isə Cənub-Şərqi Asiyada (40 396) qeydə alınıb.

Ölkələr üzrə yeni növ koronavirus infeksiyasına yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 15 404 889. Ondan sonra Hindistan (9 826 775), Braziliya (6 781 788), Rusiya (2 625 848), Fransa (2 310 701), Böyük Britaniya (1 809 459), İtaliya (1 805 873), İspaniya (1 730 575), Argentina (1 483 376), Kolumbiya (1 399 911), Almaniya (1300 516) və Meksika (1 217 126) qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş