Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropadan bir qrup azərbaycanlı deportasiya olundu



Newscenter.az.13.12.2020.
Danimarkanın paytaxtı Kopenhagendə yaşayan azərbaycanlı ailə miqrasiya qanunvericiliyini ciddi şəkildə pozduğu üçün deportasiya edilib.

Bu barədə "Report"un Avropa bürosu xəbər verir.

Məlumata görə, Ukrayna vətəndaşı, əslən Ermənistanın Amasiya rayonundan olan azərbaycanlı Ataş Qasımov həyat yoldaşı və iki övladı ilə birlikdə bu ölkədən deport olunublar.

Almaniyanın Köln və Hannover şəhərlərindən isə 1-i Azərbaycan, 1-i Rusiya və 5-i Gücüstan vətəndaşı olmaqla, ümumilikdə 7 azərbaycanlı deportasiya olunub. Onların ölkədən çıxarılmalarına səbəb gizli yaşama, miqrasiya orqanlarından yayınmaq olub.
Xəbəri paylaş