Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər Rusiyanın səylərini sabotaj etdilər



Newscenter.az.13.12.2020. "Dünən Hadrutun kəndlərinə hücüm etməklə, ermənilər mələyə-mələyə “müharibəni dayandır” deyə ayağına düşdüyü Rusiyanın səylərini sabotaj etdilər".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Yeganə Hacıyeva deyib ki, bu həm də ATƏT-in Minsk Qrupu həmsədrləri Bakıda səfərdə olarkən, “Rusiya sülhməramlıları işinin öhdəsindən gəlmir, biz də qoşulaq” arqumenti vermək üçün cəhdlər idi:

"Ancaq Azərbaycan Prezidenti, onların söylənilə biləcək bütün arqumentlərini bəri başdan blokladı. Sonunda da müharibə Rusiyanın təşəbbüsü, hər üç ölkə rəhbərinin razılığı ilə dayandı sizin yox, deməklə ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur dedi. Kəlbəcərdən çıxmaq üçün artıq 10 gün Putinin xahişi ilə verdik, özlərini necə apardıqları göz önündədir, deməklə də, heç bir güzəşt olmayacaq dedi. Həmsədrlərə də Atanızın il dönümünə gəlmişik kimi fikirlər söyləmək qaldı".

Yeganə Hacıyeva qeyd edib ki, amma Hadruta hücum bəzi şeylərə bir daha aydınlıq gətirdi:

"Rusiya sülhməramlıları işinin öhdəsindən yaxşı gəlmir. Erməni silahlılarının likvidasiyası onların öhdəliyi idi. Bu o deməkdir ki, patrul 3-lü gedəcək.
Xankəndinə də, Laçın dəhlizinin Ermənistandan girişinə də Azərbaycan özü nəzarət edəcəyi halda, bölgə sabitləşəcək. Biz bölgənin bərpası üçün milyardlarla yatırım yatırmağı planlaşdırırıq. Bu qədər vəsaiti və ən əsası Azərbaycan dövlətinin təhlükəsizliyini, erməni qızlarının samagonla başını qatıb, terorçuları postlardan rahatlıqla keçirə biləcəyi mexanizmə etibar edə bilmərik. Burda onu da qeyd etməliyəm ki, Azərbaycan Prezidenti dünən dünya miqyaslı siyasətçi olduğunu sübüt etdi".

Anar
Xəbəri paylaş