Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail daha bir ölkə ilə diplomatik münasibətlər qurub



Newscenter.az.13.12.2020. İsrail və Butan Krallığı münasibətləri normallaşdırmağa razı olublar.

Bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik ölkələr arasında fəal diplomatik əlaqələrin qurulmasına dair müqavilə imzalandığını qeyd edib.

İsrailin Baş naziri Benyamin Netanyahu öz tvitter səhifəsində dövlətlər arasında əlaqələrin qurulmasını alqışlayıb və bunun sülh razılaşmalarının növbəti bəhrəsi olduğunu vurğulayıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İsrail və Mərakeşin diplomatik münasibətlər qurmaq barədə razılığa gəldiklərini elan etmişdi.
Xəbəri paylaş