Newscenter.az.13.12.2020. “Mən sizi bura dəvət etmədim. Mənə məlumat verdilər ki, Minsk qrupu həmsədrləri bura gəlmək istəyirlər. Dedim gəlmək istəyirlərsə, gəlsinlər. Ancaq...”
Bu sözləri Prezident İlham Əliyev, Minsk qrupu həmsədrlərini qəbul edərkən deyib.
Yeri gəlmişkən xatırladım ki, daha əvvəllər baş tutmuş çoxsaylı görüşlərdə də ölkə Başçısı Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün həmsədrlərə sərt təpkilər göstərmişdir. Onlar isə əksinə, danışıqlar prosesini süni şəkildə uzatmaqla, status-kvonun saxlanması üçün imitasiya ilə məşğul oldular. Müharibə başlanan gündən və sonrakı dövürdə ,,həmsədr,, ölkə olan Fransanın davranışları isə, aydın şəkildə dünyaya demokratiya, insan haqqlarından dərs keçənlərin əsil niyyətinin nə olduğu bəlli oldu.
Azərbaycan Prezidenti kameralar qarşısında son görüşdən sonra 1 il ərzində baş verənləri, yeni reallıqları ,,qonaqların,, nəzərinə çatdırdı. 28 il ərzində təmsil etdikləri qurumun praktiki olaraq avaraçılıqla məşğul olduqlarını və onların əvəzinə Müzəffər Azərbaycan Ordusunun cəmi 44 gün ərzində problemi köklü şəkildə həll etdiyini vurğuladıqca, həmsədrlərin, ələlxüsus Kaspirşik adında bir zatın acınacaqlı sifətləri diqqətdən yayınmadı. Çünki, 30 il müdafiə etdikləri işğalçı tam iflasa uğramışdı. Özləri lazımsız quruma çevrilmişdir. İndiki cəhdləri isə, batmaqda olan xəstə erməni cəmiyyətini xilas etməkdən ibarətdir.
Bu günün reallıqlarını Müzəffər Azərbaycan Əsgəri, Ali Baş Komandan İlham Əliyev yaratmışdır. Bu reallıqlarla Minsk qrupu həmsədrləri barışmalı və havadarlıq etdikləri ermənilərə izah etməlidirlər.
Sadə və bəsit.
Nəsib Məhəməliyev-Milli Məclisin deputatı