Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər bizi pusquya salmaq istəyərkən özləri pusquya düşdü-VIDEO



Newscenter.az.14.12.2020. Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı müharibənin zəfərlə bitməsində payı olanlardan biri də əslən Qubadlı rayonundan olan Sumqayıt şəhər sakini Pərvin Rzayevdir.

Rzayev Pərvin Namiq oğlu 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə Sumqayıtda 23 saylı orta məktəbi bitirib. O, 2007-2009-cu illərdə Salyanda N saylı hərbi hissənin Xüsusi Təyinatlı Bölükdə həqiqi hərbi xidmət keçib.

"Report"a döyüş yolu barədə danışan P.Rzayev bildirib ki, oktyabrın 1-də döyüşlərə qatılıb. Cəbrayıl, Füzuli, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib. O, müharibənin 43-cü günündə - noyabrın 8-i Laçında atışmada yaralanıb. Ayağından 2 qəlbə yarası alan qazimiz döyüşlərdə iki ən yaxın dostunu - Murad Məmmədov və Ağazadə Orxanı itirdiyini deyir. Pərvinin sözlərinə görə, onu yaralı halda İbrahim, Vahid, Abdulla adlı döyüş yoldaşları çıxarıb.

Qazimiz onu da bildirib ki, düşmən 30 il ərzində çox çətin yarıla bilən beton bunkerlər inşa etmişdi: "Onlar elə bilirdilər ki, bu bunkerlər onlara kömək edəcək, amma rəşadətli Ordumuz tərəfindən o bunkerlər darmadağın edildi. Bunkerləri çox çətin yarıla bilən beton sədlərdən ibarət idi, bəzən qalınlığı divarların 1-2 m qədər çatdırdı. Bu müdafiə bunkerləri labirint formasında idi, sağa sola yolları var idi. Hətta səngərlərin içində belə tülkü yuvaları kimi yerlər qazaraq girib gizlənirdilər. Həmin yerlərə baxanda elə bilirsən ki, burda hansısa tülkü, yaxud heyvan gizlənib. Bunkerlərində çox sayda silah-sursat mərmilər var idi. Səngərlər hamısı erməni leşləri ilə dolu idi".
Xəbəri paylaş