Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyəni görməzdən gəlmək yox, onunla hesablaşmaq lazımdır



Newscenter.az.15.12.2020. Biz son günlərini yaşamaqda olan mövcud ABŞ hakimiyyətinin S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq etməsini yolverilməz bir addım kimi qiymətləndiririk.

Dörd il ərzində nə Amerika xalqı üçün, nədəki dünya üçün diqqətəlayiq bir iş görə bilməmiş və ABŞ-ın dünyadakı nüfuzunu tamamilə sarsıtmış Donald Tramp Ağ Evlə vidalaşmağına sayılı günlər qalarkən dünya ağalığı iddiasına düşüb və suveren dövlət olan Türkiyəyə qarşı bu cür absurd bir mövqe seçib. Müstəqil bir ölkəyə qarşı bu cür zorbalığa yol vermək olmaz. Hər bir müstəqil ölkənin, o cümlədən Türkiyənin də kimdən nəyi və necə alacağı ilə bağlı öz seçim haqqı var.

Türkiyə öz təhlükəsizliyini S 400-lərlə təmin etməyə qərar veribsə, onun bu qərarına, bu seçiminə hörmətlə yanaşmaq lazımdır. ABŞ rəhbərliyinin Türkiyəyə qarşı bu cür qərəzli mövqe seçməsi beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir. Kimsə ABŞ-a "dünya jandarmı" rolunu oynamaq hüququ verməyib. Biz ABŞ-ın bu cür məntiqsiz və ədalətsiz mövqeyini pisləyirik. Birləşmiş Ştatlar Türkiyənin qarşısında yox, yanında yer almağa üstünlük verməlidir. Bölgədə və dünyada hərbi-iqtisadi gücü və siyasi nüfuzu gün-gündən artmaqda olan Türkiyəni görməzdən gəlmək yox, onunla hesablaşmaq lazımdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Xəbəri paylaş