Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“AmCham” post-müharibə dövründə Azərbaycan hökumətinə dəstək verəcək



Newscenter.az.16.12.2020. Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) post-müharibə dövrü üçün Azərbaycan hökumətinə tam dəstək verəcəyini bəyan edir.

Newscenter.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

"260 üzvü birləşdirən Azərbaycanın ən böyük biznes assosiasiyası olaraq, hökumətin işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı istiqamətindəki səylərini dəstəkləyir və bu istiqamətdə öz töhfəmizi verməyə hazırıq. Ölkəmizin bu ən vacib hədəfinə çatması istiqamətində dayanıqlı siyasət və müvafiq həll yollarının müəyyən edilməsi və həyata keçirilməsində Hökumət, yerli və xarici işgüzar dairələr, eləcə də digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edəcəyik.

"AmCham Azerbaijan" həmçinin Prezident İlham Əliyevin "YAŞAT" fondu yaratmasını alqışlayır və ona hər cür yardım və dəstəyi göstərməyə hazır olduğunu bildirir.

Palata həyatını və sağlamlığını Vətən üçün qurban verən bütün qəhrəmanlara ən dərin hörmətini ifadə edir və bütün üzvlərini onların ailələrinə mənəvi və maddi dəstək göstərməyə çağırır", - açıqlamada qeyd olunub.
Xəbəri paylaş