Newscenter.az.16.12.2020. Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür. Suda, quruda, havada və yanğında insanların həyatını xilas edən bu çətin peşə sahiblərinə dəmiryolçular da dəstək göstərir.
Newscenter.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən daxil olan məlumata görə, xüsusi qatarlar həm dəmir yollarında, həm onların yaxınlığında yanğınlarla mübarizə aparır. Hazırda su nasos stansiyası və digər müasir avadanlıqla təchiz edilən 10 ədəd yanğından mühafizə qatarı işləyir. Ölkənin müxtəlif regionlarında yerləşən bu qatarların sayının artırılması planlaşdırılır.
Həmçinin qatarların iştirakı ilə baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması və lokallaşdırılması məqsədilə Fövqəladə Hallar Qatarı İdarəsi fəaliyyət göstərir. İdarə 6 ədəd fövqəladə hallar qatarı, 10 dəmiryol kranı və 2 avtokran, 5 ekskavator, müxtəlif tipli traktorlar, özüboşalan yük avtomobilləri və digər texnika ilə təchiz edilib.
Sevinc