Newscenter.az.17.12.2020. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Səfər çərçivəsində Ceyhun Bayramovun Avropa İttifaqı, eləcə də Belçika Krallığının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.