Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha 28 nəfər COVID-19 xəstəsinə cinayət işi başlanıldı



Newscenter.az.17.12.2020. COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Dekabrın 16-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 47 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.

Onlardan 42 nəfər tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar, 5 nəfərin xəstəxanaya yerləşdirilməsi təmin edilib.

28 nəfər barəsində cinayət qanunvericiliyinə uyğun olaraq cinayət işi başlanılıb.

Respublikanın rayon və şəhər polis idarəslərində fakt üzrə başlanılan cinayət işləri davam etdirilir.
Xəbəri paylaş