Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda köhnə qvardiya Qarabağ kartından istifadə etməyə başlayır



Newscenter.az.17.12.2020. "Ermənistanda köhnə qvardiya Qarabağ kartından istifadə etməyə başlayır".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin məlum bəyannaməsi erməni müxalifəti tərəfindən sabotaj edilir:

“Ermənistanın sabiq prezidenti Robert Koçaryan Moskvaya gedir. Ermənistanda hazırda daxili siyasi böhran hökm sürməkdədir və Nikol Paşinyana qarşı müxalifətin vahid namizədi elan edilən Vazgen Manukyanı Robert Koçaryan idarə edir. Robet Koçaryanın əsas planı Nikol Paşinyanı devirməkdir. Məhz Moskva səfəri öncəsi Koçaryan Paşinyana facbook səhifəsindən " Rədd ol get " mesajını verdi. Koçaryanın bu qətiyyəti təsadüfi deyil və ona hakimiyyətə gəlirəm mesajıdır”.

Politoloq bildirib ki, Ermənistanda davam edən siyasi böhran və R. Koçaryanın fəallığı, Dağlıq Qarabağda vəziyyəti gərginləşdirə bilər:

“Nəzərə alaq ki, Laçın dəhlizi vasitəsilə Ermənistan rəsmiləri Xankəndiyə rahat gedib gəlir və Rusiya sülhməramlı qüvvələri onları müdafiə edir. Belə olan təqdirdə Azərbaycan Laçın dəhlizinə konkret nəzarət etməyi tələb etməlidir. Ötən gün Ermənistanın Qərargah rəisi Xankəndinə gəldi. Bu, Azərbaycanın suverenliyini və dövlət sərhəddini pozmaqdır. Ona görə də mütləq şəkildə Ermənistan və Rusiya Xankəndində yenidən terror və separatçı mərkəz yaradacaqlar. Qeyd edim ki, atəşkəsdən sonra Rusiya sülhməramlı qüvvələrinin dəstəyi ilə Ermənistandan xüsusi təyinatlı qüvvələrin Xocavənd istiqamətinə gələrək Hadrutu götürmək planı olub. Azərbaycan bu planı pozdu və hazırda əməliyyatlar keçirərək təmizləmə işləri aparır. Göründyü kimi noyabr və dekabrda Rusiya sülhməramlı qüvvələrinin burada işğal planının bir hissəsi olub. Ancaq Azərbaycanın qətiyyətli mövqeyi və prinsipiallığı proseslərin qarşısını aldı”.

Məhəmməd Əsədullazadə onu da qeyd edib ki, Ermənistanda Nikol Paşinyan hakimiyyətdən devrilsə və R. Koçaryanı Rusiya hakimiyyətə gətirərsə, biz Dağlıq Qarabağda fərqli bir ssenarinin şahidi ola bilərik:

“Ona görə də Azərbaycan Laçın dəhlizinə nəzarəti təmin etməlidir. Qeyd edim ki, məhz Rusiya Dağlıq Qarabağda Türkiyə ilə ona görə birgə patrul sisteminə razı olmadı ki, burada öz siyasi planlarını həyata keçirə bilsin. Məhz Hadrut təxribatı və buraya Ermənistandan göndərilən hərbiçilər bunu bir daha sübut etdi. Məhz buna cavab olaraq ötən gün Türkiyə silahlı qüvvələrinin bir bölüyü rəsmi şəkildə Azərbaycana gəldi. Ümumiyyətlə Rusiya Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməməsi üçün var qüvvəsi ilə çalışacaq. Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə sülh və normallaşma prosesində maraqlı olduğunu elan edib. Rusiya məhz buna imkan verməmək üçün R. Koçaryanı Rusiyaya çağıraraq, Paşinyana mesaj verir. Baxmayaraq ki, Putin onu KTMT- də onu müdafiə etmişdi”.

Politoloq hesab edir ki, hazırkı situsiyada Nikol Paşinyanın kifayət qədər ölkə daxilində mövqeyi güclüdür:

“Onun xalq tərəfindən devrilməsi mümkün deyil. Baş nazir Nikol Paşinyan istefaya getməyəcək. Müxalifətin ciddi xalq dəstəyi olmadığı üçün Paşinyan hakimiyyətini gücləndirməyə çalışacaq. Çünki, müxalifətin xalqa aydın və strateji bir mesajı yoxdur. Yalnız Azərbaycana və Türkiyəyə qarşı nifrət və revanşist çağırışları var. Xalq da hazırkı müharibədə aldığı böyük bir zərbədən sonra Qarabağ məsələsində maraqlı deyil. Nikol Paşinyan Xankəndində vəziyyəti gərginləşdirən Arayik Aratunyanı da aradan götürəcək. Çünki, Rusiya konkret olaraq Arayik Aratunyan və Koçaryana dəstək verir. Robert Koçaryanın Moskva səfərinin məqsədi Ermənistanı 90-cı illərə qaytarmaq, ölkəni yenidən Qarabağ məsələsinə sürükləməkdir. Bu, Kremlin planıdır. Ermənistan əhalisi ona görə də R. Koçaryana dəstək verməyəcək. Azərbaycana qarşı bundan sonra hər hansı bir məkrli plan uğurlu olmayacaq. Azərbaycan antiterror əməliyyatlarını davam etdirib, təmizləmə işləri aparacaq. Türkiyə ilə birgə fəaliyyətini inkişaf etdirəcək”.

Mehman
Xəbəri paylaş