Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Su təsərrüfatı işçiləri “YAŞAT” Fonduna 200 min manat ianə edib



Newscenter.az.17.12.2020. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifovun verdiyi məlumata görə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-i Vətən müharibəsində iştirak edən şəhidlərimizin ailələrinə və yaralananlara dəstəyini bildirərək “YAŞAT” Fonduna 200 min manat məbləğində vəsait köçürüb.

Bu barədə məlumat Newscenter.az-a Səhmdar Cəmiyyətdən daxil olub.

Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb.

Mehman
Xəbəri paylaş