Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmazda karantin qaydalarına riayət edilməsi məqsədilə reydlər keçirilir



Newscenter.az.17.12.2020. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq tibbi maskalardan istifadə etməyən şəxslərə qarşı reydlər keçirilir, qaydalara riayət etməyən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür. Həmçinin yaşayış yerini tərk edən vətəndaşların SMS icazələrinin olub-olmaması da yoxlanılır, müvafiq qaydada icazə almadan yaşadıqları ünvanları tərk edən şəxslərlə profilaktiki söhbətlər aparılaraq, onlara sərtləşdirilmiş karantin rejiminin tələbləri çatdırılır.

Bundan əlavə rayonun giriş və çıxışlarında karantin postları qurulub. Rayon ərazisinə daxil olmaq istəyən sürücü və sərnişinlərin sənədləri polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən yoxlanılır, xüsusi icazələri olmadan rayon ərazisinə daxil olmaq istəyən şəxslər isə yaşadıqları ünvanlara geri qaytarılırlar.

Mehman
Xəbəri paylaş