Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda inzibati binadan 26 min manatlıq oğurluq edildi



Newscenter.az.18.12.2020. Bakıda inşa edilən inzibati binada oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 17-də rayon ərazisində inşa edilən inzibati binaların birindən 26 248 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri İ.Kamalzadə və F.Quliyev saxlanılıblar.
Xəbəri paylaş