Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xankəndinin gələcək müqəddəratı necə olacaq?



Newscenter.az.17.12.2020. Son günlər Xankəndi şəhərinin gələcək müqəddəratı ilə bağlı bəzi vətəndaşlarda doğru olmayan fikirlər formalaşmaqdadır.

Newscenter.az xəbər verir ki, hüquqşünas Əli İbrahimov bununla bağlı aşağıdakı detalların diqqətə alınmasını tövsiyə edir.

Hazırda 10 noyabr bəyanatının şərtlərinə uyğun olaraq silahlı erməni quldur dəstələrinin Qarabağımızın erməni sakinlər yaşayan hissələrindən tam çıxarılması istiqamətində işlər davam etdirilir!

Quldur dəstələrinin ərazilərimizdən tam çıxarılması ilə ərazilərimizdə təhlükəsizlik tam təmin ediləcək və BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının vasitəçiliyi ilə azərbaycanlı məcburi köçkünlər Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə geri dönəcəklər.
Bu proseslər ilə paralel olaraq bütün kommunikasiyalar, o cümlədən (Bakı-Yevlax-Ağdam-Xankəndi dəmir yolu, Ağdərə-Kəlbəcər avtomobil yolu və s.) açılacaq.

Azərbaycan Respublikasının müvafiq dövlət qurumları ərazilərimizdə fəaliyyətlərini tam bərpa edəcəklər və hər bir dövlət idarəsinin inzibati binasının üstündə Azərbaycan bayrağı olacaq!

Xankəndi şəhərimizə ilkin olaraq təxminən 15 min nəfərə qədər azərbaycanlının geri qayıtması gözlənilir ki, bu da şəhərin ümumi əhalisinin təxminən 1/3 hissəsini təşkil edəcək. Sonradan azərbaycanlıların şəhər əhalisinin ən azı yarısını təşkil etməsi üçün dövlət tərəfindən həmin ərazilərdə stimullaşdırıcı tədbirlər görüləcək (əmək haqqının digər yerlərə nisbətdə artırılması, mənzillə təmin olunmaq və s)

Qondarma qurum deyə birşey yoxdur. Hazırda işğalçı rejimin son tör-töküntülərinin köklərinin qazınması prosesi gedir.
İşğal dövründə ərazilərimizə köçürülmüş milliyyətindən asılı olmayaraq bütün qanunsuz insan koloniyaları Ermənistana geri göndəriləcəklər.
Qarabağımızda yalnız münaqişə başlayana qədər orada yaşamış erməni sakinlərə könüllü əsaslarla Azərbaycan vətəndaşı olmaq imkanı yaradılacaq və arzu edənlər Azərbaycan bayrağı altında öz həyatlarına davam edə biləcəklər.

Azərbaycan vətəndaşlığı olmayan və Azərbaycan bayrağı altında çalışmaq istəməyən şəxslərin dövlət qurumlarında işləməsi mümkün olmayacaq.
Bütün iqtisadi münasibətlər milli valyutamız ilə həyata keçiriləcək!

NEWSCENTER.AZ
Xəbəri paylaş