Newscenter.az.19.12.2020. İndiyədək ölkədə ümumilikdə 199 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 135 462 nəfər müalicə olunaraq sağalıb, 2 175 nəfər vəfat edib, aktiv xəstə sayı 61 490 olub.
Newscenter.az xəbər verir ki, bu barədə məılumatı Nazirlər Kabineti yanında Operativ Qərargah verib.
Bildirilib ki. son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 931, bu günə qədər isə ümumilikdə 2 049 239 test icra olunub.