Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əfqanıstan prezidentinin müşaviri Bakıya səfər edəcək



Newscenter.az.19.12.2020. Əfqanıstan İslam Respublikası Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hamdullah Mohib və Prezident Administrasiyasının (PA) rəhbəri Mohammad Şakir Kargarın rəhbərlik etdiyi nümayəndə heyəti 20-22 dekabr tarixində Bakı şəhərində səfərdə olacaq.

Bu barədə "Report"a Əfqanıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

"Səfərdə məqsəd Əfqanıstanla Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin hazırkı səviyyəsi barədə müzakirələr aparmaq, təhlükəsizlik sahələrində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir. Nümayəndə heyətinin yüksək səviyyəli görüşləri planlaşdırılır", - deyə diplomatik nümayəndəliyin məlumatında qeyd olunub.
Xəbəri paylaş