Newscenter.az.19.12.2020. Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov iqtisadi baxımdan daha bir zərbə alıb.
Newscenter.az araşdırmaçı jurnalist Cavanşir Həsənliyə istinadən xəbər verir ki, keçmiş komitə rəhbərinin Almaniyadakı iri avtomobil satış mərkəzi bağlanıb.
Redaksiyamızın əldə etdiyi məlumata görə isə, buna səbəb kimi həm dünyanı bürüyən pandemiya səbəbindən alıcılıq qabiliyyətinin aşağı düşməsi, həm də Nazim İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmlinin külli miqdarda borcunun olmasıdır. Belə ki, Nazim İbrahimov Almaniyadakı avtomobil satış mərkəzi və oradakı avtomobilləri kifayət qədər ucuz sataraq əldə edilən vəsaiti Hacı İbrahim Nehrəmlinin borclarının ödənilməsinə yönəldib.
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq:
NEWSCENTER.AZ