Newscenter.az.19.12.2020. Prezident Ìlham Əliyev MDB dõvlət başçılarının videokonfrans iclasında mədəni və diplomatik formada Azərbaycanın mənafeyini gücləndirib qoruyan xeyli açıq və Ermənistanı qəti tam ifşa edən və hətta Putinə eyhamlı iradlı, mükəmməl bir çıxış edib. Putinin Qarabağ barədə çıxışının izahını onun õzü və MDB liderləri qarşısında bu cür, birmənalı mahiyyətlilik vacibliyində verib:
Yəni ki cənab Putin, siz 10 noyabr Razılaşması şərtlərinə uyğun "Qarabağ Azərbaycanın tərkib hissəsidir" bəyanatları vermisiniz. Bunlar vacib açıqlamadır. Bundan başqa siz, həmin şərtlərin pozulmasına çalışanlar üçün, bunun intihar ola bilməsini şəxsən vurğulamışsınız. Yəni, õzünüz də bəyan edirsiniz ki, razılaşmamızın şərtləri və Azərbaycanın ərazi bütõvlüyü intihardan qaçma qədər həyatı vacibdir.. Bu halda, çalışın, õzünüz də pozmayıb digərlərini də pozmağa qoymayın.
Məna budur. Azərbaycan tərəfinin bu cür tələbli və qəti mõvqeyi, qardaş Türkiyənin tez zamanla və mütləqlə Qarabağda olması, həm Beynəlxalq qüvvələrin də, Qarabağ məsələsini daim, xüsusi nəzərdə saxlayaraq Azərbaycanın tərkib hissəsi də saymaqla Rusiyanın sülhməramlı səlahiyyət həddini keçməməsinə diqqət ayırması, nəhayət, bu qalan prosesi də, bizim zəfərimizə yetirəcək.
Biz 20% işğal altında olan torpağımızın təxmini 15%-ni müharibə və uğurla geri aldıq. O qalan 5 %-i də, bu cür, haqqın və qanunun bizim tərəfdə olduğu əsasda siyasət diplomatiya ilə alacağıq.
Hər şeyi bir tərəfə qoyub, bütün elmlərin əsası olan əlahəzrət məntiqi əsas gõtürək. Əgər hərb elmi, ixtisasına malik olmayan, dõvlətin rəhbəri Ìlham Əliyev Ali Baş Komandan olaraq Qarabağ məsələsinin müharibə tərəfini bu cür, uğurlu bir zəfərlə başa vurdusa, məsələnin qalan kiçik bir siyasi-diplomatik hissəsini, siyasətçi, diplomat ixtisaslı, bilgili olaraq, daha mükəmməl edəcək.
Bu bir məntiqdir və bu həqiqətdir!
İlham Əliyevnin MDB sammitində çıxışı:
“Ötən gün Vladimir Putin KİV-ə müsahibəsində Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu açıqlayıb. Bu, ilk belə açıqlama deyil. Fikrimcə, bu, çox vacib açıqlamadır. Bu, həm də Ermənistandakı 10 noyabr bəyanatını dəyişmək istəyən bir sıra revanşist qüvvələr üçün vacib açıqlamadır. Və müsahibədə Vladimir Putinə “Ermənistan əgər, bəyanatın şərtlərini yerinə yetirməsə nə olacaq?” sualı veriləndə o, bunun intihar olacağını deyib. Bu, doğrudan, belədir”.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri