Newscenter.az.19.12.2020. İqarka-Ufa marşrutu üzrə uçan “Boeing 737” sərnişin təyyarəsi Surqut aeroportunda təcili eniş edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanında bildirilib.
Daha əvvəl xəbər verilib ki, təyyarə təcili eniş etməyə hazırlaşır. Məlumata görə, uçuşdan sonra “Boeing 737”-nin hava təzyiqi tənzimləyicisinin nasazlıq sensoru işə düşüb. Hadisə zamanı təyyarədə 121 nəfər olub, onlardan 116-sı sərnişindir.