Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə xəstəxanada partlayış zamanı ölənlərin sayı artdı



Newscenter.az.19.12.2020. Türkiyənin Qaziantep şəhərindəki özəl xəstəxanada baş verən partlayış nəticəsində ölən pasiyentlərin sayı 9 nəfərə çatıb.

Səhiyyə naziri Faxrettin Koca məlumatı təsdiqləyib. "Vəfat edənlərin sayı 9 oldu", - deyə o bildirib.

Nazirin sözlərinə görə, hadisənin başvermə səbəbi araşdırılır.

Qeyd edək ki, hadisə SANKO Universitetinin Reanimasiya şöbəsində baş verib. Şöbədə oksigen balonu partlayıb. Partlayışdan sonra yanğın baş verib.

Məlumata görə, 20 nəfərlik Reanimasiya şöbəsində 19 xəstə olub. Onların 9-u ölüb. Digər pasiyentlər yaxınlıqdakı başqa hospitala yerləşdirilib.
Xəbəri paylaş