Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BŞTİ-nin tabeliyində 308 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir



Newscenter.az.21.12.2020. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 308 ümumi təhsil müəssisəsi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 316 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Newscenter.az-a İdarədən bildirilib ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə 455 994 şagirdin təlim-tərbiyəsi ilə 27 686 müəllim məşğul olur.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 44 904, IX siniflərində 35 615, XI siniflərində 20 420, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 149 nəfər təhsil alır.

R.Mehdiyeva
Xəbəri paylaş