Newscenter.az.21.12.2020. Böyük Britaniyanın paytaxtı London sakinləri koronavirusun yeni növünün aşkarlanmasına görə məhdudiyyətlərin sərtləşdirilməsindən sonra şəhəri kütləvi tərk etməyə başlayıblar.
Bu barədə “Report” “The Daily Mail” tabloidinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, şəhər sakinləri yeni məhdudlaşdırıcı tədbirlərin qüvvəyə minməsinə qədər Londondan çıxmağa çalışırlar. Onlar şəhərin böyük vağzallarında yığılıblar. Həmçinin ölkənin başqa hissələri ilə Londonu əlaqələndirən əsas avtomobil magistrallarında da böyük tıxaclar yaranıb.